“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İçtimai Birliyi Ağdamda tədbir keçirdi

310 27-02-2023, 20:00 cemiyyet

“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İçtimai Birliyi Ağdamda  tədbir keçirdi
Fevralın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi vətən müharibəsi iştirakçıları, şəhid ailələrinə və onların yaxın ailə üzvlərinə sosial təminat hüququ sahəsində hüquqi dəstəyin verilməsi layihəsi çərçivəsində Ağdam rayonunda tədbir keçirib.
Tədbirlərdə layihə rəhbəri Aydın Zeynalov çıxış edərək layihə barədə iştirakçıları məlumatlandırdıqdan sonra layihənin hüquqşünası, vəkil Araz Nurməmmədov vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin və onlarının yaxın ailə üzvlərinin sosial təminat hüququ ilə bağlı çıxış edib.
Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, problemləri dinlənilib və hüquqi yardım göstərilməsi üçün qeydə alınıb. Problemlərin layihə yekunlaşana qədər müvafiq dövlət orqanlarına yönləndiriləcəyi və həlli istiqamətində layihənin hüquqşünası tərəfindən müvafiq prosessual hərəkətlər icra ediləcəyi iştirakçıların nəzərinə çatdırılıb.
Tədbirdə rayonun ictimai təşkilatlarının rəhbərləri də iştirak etmişdir.
Layihədən faydalanmaq istəyən şəxslər facebook, instagram sosial şəbəkələrinin pulsuz hüquqi xidmət səhifələri və ya (055) 858-55-59 whatsApp / mobil nömrə vasitəsilə əlaqə yarada bilərlər.
Xeberdar.net

XƏBƏR LENTİ