Şuşaya qar yağır - Foto

162 1-04-2023, 10:21 cemiyyet

Şuşaya qar yağır - FotoÖtən gündən başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -2 dərəcədir.

Xeberdar.net Report-a istinadən xəbər verir ki, şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri aparılır.

Belə ki, küçə və prospektlərdə yollar texnika vasitəsilə qardan təmizlənir.

Hazırda yollarda avtomobillərin hərəkəti üçün heç bir problem və çətinlik müşahidə olunmur.

Avtomobillərin hərəkəti normal şəkildə davam edir.

XƏBƏR LENTİ