“Vaqner” döyüşçülərinin məzarlarını çəkib yayan fəal Rusiyadan qaçdı

308 5-04-2023, 15:04 dunya

“Vaqner” döyüşçülərinin məzarlarını çəkib yayan fəal Rusiyadan qaçdıUkraynada öldürülən rus əsgərlərinin və “Vaqner” PMC-nin muzdlularının yeni məzarlarını axtaran Kuban sakini Vitali Votanovski Rusiyadan qaçıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə o, “Kavkaz.Realii” portalı məlumat yayıb. Qeyd olunur ki, Votanovski aprelin 4-də Ermənistana uçub, oradan da Gürcüstana keçib.

Məlumatda bildirilir ki, o, Ukraynada həlak olan “Vaqner” PMC döyüşçülərinin Krasnodar diyarının Bakinskaya kəndindəki qəbristanlığındakı məzarlarını çəkib sosial şəbəkələrdə paylaşıb. Votanovski keçmiş məhbuslar, hərbi şirkətin nümayəndələri tərəfindən hədələnib.
Vitali Votanovski Krasnodar diyarında və Adıgeydə rus hərbçilərinin və muzdlularının 1400 məzarını aşkar edib. Bunlardan 607 məzar “Vaqner” PMC döyüşçülərinin dəfn olunduğu Bakıskaya kəndində yerləşən ayrıca qəbiristanlıqdadır. Onların öldüyü barədə hətta yaxın qohumlarının belə məlumatı yoxdur. Son iki ayda bu qəbiristanlıqda yüzlərlə yeni məzar qazılıb

XƏBƏR LENTİ