Bu gün saat 16 radələrində ermənlərin növbəti dəfə təxribatı nəticəsində Azərbaycan-Ermənistan şərti sərhədində silahlı toqquşma baş verib.
Erməni “Teleqram” kanallarının yaydığı məlumata görə, Ermənistan ordusunun ən azı 3 hərbçisi məhv edilib, yaralananlar da var.
Ermənistan ordusunun xüsusi təyinatlılarının korpus komandiri Armen Qyozalyan da yaralananlar içərisindədir. Onun yarasının ölümcül olmadığı bildirilir.
Ermənistan Müdafiə Nazirliyi atışmanı və itkiləri təsdiq edib./azpolitika.info
.