CHP-də XAOS BAŞLAYIB - Kılıçdaroğlunun müavini istefa verdi + FOTO

324 16-05-2023, 11:53 dunya

CHP-də XAOS BAŞLAYIB - Kılıçdaroğlunun müavini istefa verdi + FOTO
Cümhuriyyət Xalq Partiyasının sədr müavini Onursal Adıgözəl istefa verib.

O, istefa ərizəsini özünün “Twitter” hesabında paylaşıb.

“Sədrimiz cənab Kemal Kılıçdaroğlunun seçki prosesinə xələl gətirməmək üçün 2018-ci ildən bəri tutduğum vəzifəmi tərk edirəm”, - deyə istefa ərizəsində qeyd olunub.

Onursal Adıgözəl istefasının səbəblərini açıqlamayıb.

Bu arada Türkiyənin "Sabah" qəzetində dərc olunan məqalədə CHP-də xaos başladığı bildirilir: "14 may prezident seçkilərinin nəticələrinə görə, CHP lideri Kamal Kılıçdaroğlu rəqibi Rəcəb Tayyib Ərdoğandan 4,5 xal geri qalıb. Səs sayına görə prezident Ərdoğanla Kılıçdaroğlu arasındakı fərq təxminən 2,5 milyona bərabərdir. Girdiyi hər seçkidə uduzan Kılıçdaroğlu ətrafına topladığı yerli və xarici ortaqlarla birlikdə növbəti dəfə ağır məğlubiyyətə uğradı".

Məqalədə qeyd olunub ki, seçki prosesi zamanı "yeddili koalisiya" masasından və çıxışlardan istədiyi cavabı ala bilməyən Kılıçdaroğlu koalisiya qrupunu bir arada saxlamaq üçün CHP-liləri hiddətləndirən güzəştlərə gedib. Belə ki, Kamal Kılıçdaroğlu 7 partiyalı koalisiyanın kiçik ortaqları Deva, Gələcək, Saadət və Demokrat Partiyasına verdiyi yerlərlə CHP millət vəkillərinin sayını "gülünc rəqəmlərə" endirib. Bu isə partiya üzvlərinin kəskin etirazına səbəb olub.

XƏBƏR LENTİ