Avropada 14 ölkənin iştirakı ilə HHQ təlimləri keçiriləcək

275 17-05-2023, 12:29 dunya

Avropada 14 ölkənin iştirakı ilə HHQ təlimləri keçiriləcəkTəlimlərə 120-yə yaxın təyyarə cəlb olunacaq

Hərbi Hava Qüvvələrinin “Arctic Challenge Exercise 2023” (ACE 2023) təlimləri mayın 29-dan iyunun 9-dək Şimali Avropada keçiriləcək.

AYNA-nın xəbərinə görə, İsveç Müdafiə Nazirliyi bildirib ki, təşkilatçılar Danimarka, Norveç, İsveç, eləcə də təlimlərə rəhbərlik və onların keçirilməsinə görə məsuliyyət daşıyan Finlandiyadır.

Təlimlərə 14 ölkədən 120-yə yaxın təyyarə, o cümlədən yanacaqdaşıyan təyyarələr və idarəetmə təyyarələri, həmçinin 2,7 minə yaxın şəxsi heyət cəlb olunacaq.

XƏBƏR LENTİ