Rusiya etiraf etdi: Ukrayna ordusu ərazimizə girib

308 22-05-2023, 16:15 dunya

Rusiya etiraf etdi: Ukrayna ordusu ərazimizə giribBelqorod ərazisinə Ukrayna Silahlı Qüvvələrinin diversantları girib.
Xeberdar.net xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.

“Qrayvoron dairəsinin ərazisinə Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu daxil olub. Rusiya ordusu Sərhəd Xidməti, Rusiya Qvardiyası və FTX ilə birlikdə düşmənin məhv edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görür. Əlavə məlumat verəcəm”, - mer bildirib.

Qeyd edək ki, az öncə Ukrayna Teleqram kanalları Rusiya Könüllüləri Korpusunun Qrayvoron istiqamətində irəlilədiyini bildirmişdi.

XƏBƏR LENTİ