Niyə bizdə "Netfliks" üçün filmlər çəkilmir?

121 25-05-2023, 07:58 cemiyyet

Niyə bizdə "Netfliks" üçün filmlər çəkilmir?Azərbaycan kino sənayesinə dövlətin çox ciddi dəstəyi lazımdır. Ancaq bizdə bu sahəyə ayrılan büdcəylə film çəkmək qeyri-mümkündür.

Bu sözləri Kult.az-a açıqlamasında azərbaycanlı kinorejissor, ssenarist Elşən Zeynallı erməni rejissorların “Neftliks”də uğurları haqda danışarkən deyib.

“Netfliks”ə film çəkilməsi üçün bu işi görən şəxslər olmalıdır və rejissorlara müraciətlər edilməlidir. Ancaq yetərincə büdcəmiz olmadığından rejissor qərarı növbəti məsələdir. Bunun üçün prodüserlər və kino sənayesində çalışan formalaşmış şəxslər olmalıdır. Bu gün yetərincə iddialı layihələr olsa da, şərait və maddi imkanlar yoxdur. Maliyyəni verə biləcək şirkətlərimiz çoxdur. Amma bu şirkətlər maliyyə ayrılması üçün maraq göstərmir. Bunun üçün də ümidimiz ancaq dövlətimizədir. Ancaq mən inanmıram ki, biz o maliyyəni tapaq və “Netfliks” üçün film çəkək”, - o bildirib.

XƏBƏR LENTİ