Azərbaycanlı deputatlar Türkiyədəki seçkiləri müşahidə edəcəklər

122 25-05-2023, 17:20 cemiyyet

Azərbaycanlı deputatlar Türkiyədəki seçkiləri müşahidə edəcəklərMilli Məclisin nümayəndə heyəti sabah Ankara şəhərinə yola düşəcəklər

Azərbaycan Milli Məclisinin (MM) bir qrup üzvü Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-da Ankaraya səfər edəcək. Bu barədə AYNA-ya MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində MM-in komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Anar Məmmədov TÜRK PA, deputat, ATƏT PA-da Azərbaycan nümayəndə heyəti rəhbəri Azay Quliyev isə ATƏT PA xətti ilə Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər mayın 29-da başa çatacaq.

XƏBƏR LENTİ