Baydenin həyat yoldaşını elə pərt etdilər ki...

257 27-05-2023, 13:11 dunya

Baydenin həyat yoldaşını elə pərt etdilər ki...ABŞ prezidentinin həyat yoldaşı Cil Bayden Vaşinqtonda Reyqan İnstitutunda çıxışı zamanı qeyri-adi vəziyyətlə üzləşib.

Xeberdar.net xəbər verir ki, bu barədə "New York Post" məlumat verib.

Onun “ölkə birliyi” ilə bağlı açıqlamasından sonra qeyri-adi vəziyyət yaranıb. "Mən qırmızı [Respublika] və mavi [Demokratik] ştatlara səfər etdim və gördük ki, bizi birləşdirən ümumi dəyərlər fərqlərimizdən daha dərindir", - Cil deyib.

Daha sonra dinləyicilərin onun çıxışını alqışlarla qarşılamasını gözləyərək susan 1-ci xanım tamaşaçılardan heç bir reaksiya görməyib. Bu, onu təəccübləndirib və bir qədər fasilədən sonra "tamaşaçılar alqışlaya bilərdilər" deyə əlavə edib. Cil bu sözləri ilə zalda olanları güldürüb.

XƏBƏR LENTİ