Yasamalda mənzildə meyit aşkarlanıb

224 27-05-2023, 14:22 cemiyyet

Yasamalda mənzildə meyit aşkarlanıbMeyit aidiyyəti üzrə təhvil verilib

Bakının Yasamal rayonunda evdə bir nəfərin meyiti tapılıb. Xeberdar.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ