Gürcüstanda dəmir yolunda qəza: azərbaycanlı öldü

155 27-05-2023, 19:22 cemiyyet / hadise

Gürcüstanda dəmir yolunda qəza: azərbaycanlı öldü“Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

QSC-dən Axar.az-a bildirilib ki, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır”, - QSC-dən bildirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, daha öncə Gürcüstan mətbuatının yaydığı məlumatda bir nəfərin öldüyü, üç nəfərin isə yaralandığı bildirilmişdi.

XƏBƏR LENTİ