Avtoritetin ən yaxın adamını öldürən azərbaycanlı AXTARIŞA VERİLDİ

213 29-05-2023, 14:02 cemiyyet

Avtoritetin ən yaxın adamını öldürən azərbaycanlı AXTARIŞA VERİLDİGürcüstanda kriminal qruplaşmanın üzvlərinə silahlı hücum olub.

Lent.az xəbər verir ki, hadisə Abxaziyada baş verib. Barış Boyunun liderlik etdiyi kriminal qruplaşmanın 3 üzvünə azərbaycanlı Nicat İbrahimoğlu tərəfindən silahlı hücum edilib. Nəticədə B. Boyunun sağ qolu olan Emircan Yılmaz öldürülüb.

Daha iki nəfər, Ahmet Aydın və Beratcan Gökdemir isə yaralanıb.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyatlar zamanı Barış Boyunun dəstəsinin bir çox üzvü saxlanılıb. Öldürülən E. Yılmaz və yaralanan iki nəfər isə polis tərəfindən axtarışda olub.

XƏBƏR LENTİ