İranın Kərəc şəhərinin həbsxanasında 3 məhkum edam edilib.
Xeberdar.net-in məlumatına görə, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Edam edilən şəxslərin narkotik maddələrin alverində günahlandırıldığı bildirilir.
Bununla yanaşı, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində də 3 məhkumun edam hökmü təsdiq edilib.
Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 130-dan çox məhkum edam edilib.