Şərurda 31 yaşlı kişi qətlə yetirildi: cinayət işi açıldı

138 31-05-2023, 21:34 hadise

Şərurda 31 yaşlı kişi qətlə yetirildi: cinayət işi açıldıŞərur rayonunda 31 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Xeberdar.net-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində yerli sakin, 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulub istintaqa verilməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Mayın 31-i Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini 1992-ci il təvəllüdlü Xəlil Həsən oğlu Şıxəliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlunun yaşadığı Püsyan kəndi ərazisində həmkəndlisi Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

XƏBƏR LENTİ