İranlı diplomat Ərdoğanın seçkilərdəki qələbəsi münasibətilə təbriklərini çatdırıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Xeberdar.net-in Anadolu"ya istinadən məlumatına görə, telefon danışığı zamanı iranlı diplomat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi və parlament seçkilərindəki uğuru münasibətilə təbriklərini çatdırıb.
XİN başçıları ikitərəfli münasibətləri də müzakirə ediblər.