İranda iki jurnalist həbs edildi

251 1-06-2023, 13:13 dunya

İranda iki jurnalist həbs edildiMayın 31-də İranda Hod Tohidi və Zəhra Tohidi adlı iki jurnalist ümumxalq etirazları zamanı məlumat dərc etdikləri üçün həbs edilib.

Xeberdar.net-in məlumatına görə, bu barədə media fəalları məlumat yayıb.

Hər iki jurnalistin əvvəlcə Tehranın Evin həbsxanası prokurorluğunun hökmlərin icrası bölməsinə çağırıldığı, ardınca cəzaçəkmə müəssisəsinə köçürüldüyü bildirilir.

Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən jurnalistlərə qarşı "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və hökumətə qarşı təbliğat" ittihamları irəli sürüb.

XƏBƏR LENTİ