5 il əvvəl Alpda yoxa çıxan milyarder Moskvada tapıldı

119 2-06-2023, 18:16 dunya

5 il əvvəl Alpda yoxa çıxan milyarder Moskvada tapıldıBeş il əvvəl İsveçrədə - Alp dağlarında yoxa çıxan və bir neçə aylıq nəticəsiz axtarışlardan sonra rəsmən öldüyü elan edilən amerikalı milyarder Karl-Erivan Haub Moskvada ortaya çıxıb.

Xeberdar.net-in Trend-ə istinadən məlumatına görə, alman jurnalistlərin yeni araşdırmasına görə, milyarderin səhhəti mükəmməldir və Rusiyada yaşayır. Bu yaxınlarda kəşfiyyat orqanları onun şəxsiyyətini sifətin tanınması sistemi vasitəsilə müəyyən ediblər.

Kölndə yaşayan və “Tengelman” şirkətlər qrupunun rəhbəri olan Haub 2018-ci ilin aprelində İsveçrənin kurort şəhəri olan Zermattdakı otelindən çıxaraq xizək sürmək üçün Alp dağlarına gedib. Ertəsi gün polisə onun itkin düşdüyü barədə məlumat verilib. Milyarder bir daha qaldığı otelə qayıtmayıb.

XƏBƏR LENTİ