İtkin düşən Cəlilabad sakini Bakıda tapıldı

132 2-06-2023, 22:46 cemiyyet

Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb.

Xeberdar.net-in məlumatına görə, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P. Quliyevin Bakı şəhərində olduğu məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.

XƏBƏR LENTİ