Səfirliyimizdə ağlasığmaz əməl: 347 mini qumara xərcləyib

163 2-06-2023, 22:48 cemiyyet

Səfirliyimizdə ağlasığmaz əməl: 347 mini qumara xərcləyibAzərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min dollar vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunur.

Xeberdar.net-in məlumatına görə, bu sözləri jurnalist Həbib Müntəzir öz Feysbuk səhifəsində yazıb.

“Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Azadlıqdadır, amma məhkəmə prosesi davam edir. Bu gün prokuror 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını istəyib. Nəcib Osmanov pulları qumarda uduzduğunu bildirib”, – H.Müntəzir qeyd edib.

Qeyd edək ki, vəsait 2021-ci ilin mayından 2022-ci ilin fevralına qədər olan kommunal xərclərə aiddir.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.

İş üzrə Xarici İşlər Nazirliyinə dəymiş ziyanın 77 min dolları ödənilib.

XƏBƏR LENTİ