Dünyanın kəşfiyyat şefləri gizli görüş keçirdi

270 4-06-2023, 14:23 dunya

Dünyanın kəşfiyyat şefləri gizli görüş keçirdiSinqapurda keçirilən Şanqri-La Dialoq Təhlükəsizlik Sammiti çərçivəsində dünyanın 20-yə yaxın kəşfiyyat orqanının yüksək vəzifəli məmurları gizli görüş keçirib.

Xeberdar.net-in məlumatına görə. bu barədə “Röyters” mənbələrinə istinadla məlumat yayıb.

Agentlik bildirib ki, Sinqapur hökuməti hər il bu cür görüşlər təşkil edir və görüş sammitin yaxınlığında baş tutur, amma KİV-ə əvvəldən məlumat verilmir.

Görüşdə ABŞ, Çin, Hindistan kimi ölkələrin kəşfiyyat nümayəndələri işrirak edib. Danışıq tərzi əməkdaşlıq olub, gərginlik yox. Ukraynadakı müharibə və transmilli cinayətkarlıq müzakirə edilib.

XƏBƏR LENTİ