Rusiyanın Sverdlovsk vilayətindən axtarışa verilən deputat İlya Çij “Vaqner”ə qoşulub.
Xeberdar.net-in məlumatına görə, bu barədə Rusiya mətbuatı deputatın yaxınlarına istinadən məlumat yayıb.
Məlumata görə, Çij məhkəmə prosesi zamanı bir neçə dəfə vaqnerçilərə qoşulmağa cəhd edib:
“Məhkəmə qərarı olmadığına görə ondan imtina edilib. Amma hökmdən sonra ona “Vaqner”ə qoşulmağa icazə verilib”.
Qeyd edək ki, iyunun 2-də məhkəmə deputatı qəsdən sağlamlığa ağır zərər vurma üzrə iki il müddətinə həbsə məhkum edib. Ötən ilin aprelində Çij Alapayevsk şəhərinin həyətlərindən birində iki nəfəri beysbol taxtası ilə döyüb.