36 ölkənin vətəndaşları Azərbaycanda daşınmaz əmlak alıb

117 5-06-2023, 18:29 cemiyyet

36 ölkənin vətəndaşları Azərbaycanda daşınmaz əmlak alıb2022-ci ildə Azərbaycanda əcnəbilər tərəfindən 1577 daşınmaz əmlak obyekti alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Turan”ın informasiya sorğusuna verdiyi cavabda deyilir.

ƏMDX-nin məlumatına görə, qeyd olunan dövr ərzində daşınmaz əmlakın alınması üzrə əməliyyatların 72,1%-i (1138 obyekt) Rusiya vətəndaşlarının payına düşüb.

2019-2021-ci illərdə olduğu kimi, ötən il Azərbaycanda 135 daşınmaz əmlak alan Gürcüstan vətəndaşları ikincidir. İranlılar Azərbaycanda alınan daşınmaz əmlak obyektlərinin sayına görə (51 obyekt) Türkiyə vətəndaşlarını (45) qabaqlayaraq üçüncü yerə yüksəliblər.

Ümumilikdə, 2022-ci ildə Qazaxıstan (43), Ukrayna (36), Almaniya (19), İsrail (14), BƏƏ (11), Özbəkistan (10), Belarus (8), Böyük Britaniya (8 ) və s. daxil olmaqla, dünyanın 36 ölkəsinin vətəndaşları Azərbaycanda daşınmaz əmlaka investisiya qoyub.(Turan)

XƏBƏR LENTİ