Bu, hərbi cinayətdir, Qərb sərt addım atacaq

133 6-06-2023, 13:28 dunya

Bu, hərbi cinayətdir, Qərb sərt addım atacaq6 iyun saat 02:00 radələrində rusiyalılar Kaxovka su elektrik stansiyasını partlatdılar. Su bəndinin ukraynalıların artilleriya atəşi nəticəsində məhv edildiyi kimi fərqli versiyalar səslənsə də, SES-in məhz rusiyalılar tərəfindən partladılması danılmaz faktdır. Su bəndi - monolit beton konstruksiyadır, onu raketlərlə, bombalarla partlatmaq son dərəcədə çətindir, amma altına böyük həcmdə partlayıcı maddə yerləşdirib, göyə uçurtmaq mümkündür, rusiyalılar belə də etdilər.

Xeberdar.net-in məlumatına görə, Ukraynanın əks-hücumunu gözləyən və panikaya düşən rusiyalıların bu addımı əslində katalizator rolunu oynayacaq. Su bəndləri Cenevrə konvensiyası tərəfindən qorunur və onların məhv edilməsi kütləvi qırğın silahının istifadəsinə bərabərdir, bu isə Qərbin müvafiq reaksiyası isə nəticələnəcək.

Dmitri Kuleba deyib ki, Kaxovka SES-in partladılması son onilliklərin ən böyük texnogen fəlakətidir, hərbi cinayətdir.

SES-i partladan Rusiya öz nəzarətində olan Krımın da su təchizatına ciddi problemlər yaradacaq və bu, çox ciddi göstəricidir. Məsələnin siyasi tərəfi ondan ibarətdir ki, əgər əvvəl Bayden administrasiyası Krımın qaytarılmasını diplomatik yollarla planlaşdırırdısa, F-16-ların verilməsi qərarından sonra istənilən danışıqlar artıq birmənalı və qeyd-şərtsiz istisna olunur, bütün ərazilərin, o cümlədən Krımın hərbi yolla qaytarılması ABŞ başqa olmaqla Qərb tərəfindən dəstəklənir. Bunu bilən və döyüş meydanında heç bir uğur qazana bilməyən Rusiya əlində qalan azsaylı imkanlar çərçivəsində müharibə cinayətləri törədir.

SES-in partladılması ABŞ-a F-16-ların verilməsini tezləşdirməyə və uzaqmənzilli raketlərin (ATACMS) göndərilməsinə start verməyə əla zəmin yaradır. Artıq heç kim tərəddüd etmir, rusiyalıları darmadağın etmək lazımdır, sülhün başqa düsturu yoxdur. Yaxın günlərdə həm Rusiya ərazisinə, həm də Ukraynada müvəqqəti yerləşən rusiyalıların hərbi qruplaşmalarına kütləvi raket və dron zərbələri endiriləcək.

XƏBƏR LENTİ