Dünya Bankı Kaxovka SES-ə dəyən ziyanı qiymətləndirəcək

272 8-06-2023, 08:51 dunya

Dünya Bankı Kaxovka SES-ə dəyən ziyanı qiymətləndirəcəkBaş nazir: "Dünya Bankına Ukraynaya daimi dəstəyinə görə minnətdaram"

Ukraynanın Baş naziri Denis Şmıqal ilə Dünya Bankının vitse-prezidenti Anna Byerde arasında telefon danışığı olub.

Xeberdar.net-in məlumatına görə, bu barədə Ukraynanın Baş naziri tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, Dünya Bankı Rusiyanın terror aktı nəticəsində Kaxovka su elektrik stansiyasına (SES) dəyən ziyanın və ehtiyacların tezliklə qiymətləndirilməsini həyata keçirəcək.

“Biz Anna Byerde ilə Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasının nəticələri barədə danışdıq. Mən Dünya Bankına Ukraynaya daimi dəstəyinə görə minnətdaram”, - Şmıqal yazıb.

XƏBƏR LENTİ