Lirə ucuzlaşmaqda davam edir - Yeni rekord

291 12-06-2023, 12:14 dunya

Lirə ucuzlaşmaqda davam edir - Yeni rekordTürkiyədə dollar yenidən bahalaşaraq tarixi rekordunu yeniləyib.

Xeberdar.net-in məlumatına görə, səhər saatlarında dollar 23,65 lirəyə, avro isə 25,53 lirəyə yüksəlib.

USD/TRY nisbəti ötən həftənin son ticarət günündə 23,50 səviyyəsini keçsə də, günortadan sonra enişlə həftəni 23,41 səviyyəsində başa vurmuşdu.

Qeyd edək ki, Türkiyə milli valyutası Azərbaycan manatı qarşısında da tarixi minimumunu yeniləyib. Lirə ötən rəsmi məzənnə ilə müqayisədə 0,55% geriləyərək 0,0720 manat olub. İyun ayı ərzində isə lirəninin məzənnəsində 12,1% azalma müşahidə olunub.

XƏBƏR LENTİ