Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Bakıda yanğın olub. Xeberdar.net-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonunda tikintisi başa çatmayan, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 80 kvadratmetr sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.