Türkiyənin Kayseri vilayətində təyyarə və helikopter hissələri istehsal edən ilk aviasiya zavodu olan TOMTAŞ yenidən işə başlayacaq.
Xeberdar.net-in məlumatına görə, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Məlikqazi bölgəsində tikilən zavodun yenidən işə salınması üçün 205 milyon lirə sərmayə qoyulub. İlk mərhələdə TOMTAŞ-da 50 nəfər işlə təmin olunacaq.
Zavodda qanadlar, qapılar, idarəetmə panelləri və digər təyyarə hissələri, həmçinin helikopter pərvanələri və mühərrik hissələrinin istehsalı planlaşdırılır. Müəssisə ildə 420 kq-a yaxın məhsul istehsal edə biləcək. Ümumilikdə zavoddan 10 milyon 207 min 500 dollarlıq avadanlıq alınacaq.