Göygöl ərazisindən sel keçdi - Faktiki hava

302 16-06-2023, 18:46 cemiyyet

Göygöl ərazisindən sel keçdi - Faktiki havaİyunun 16-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Altıağac, Quba, Xınalıq, Qrız, Şahdağ, Neftçalada və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Xeberdar.net-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 14:20 radələrində Göygöl rayonu ərazisindən axan Kürəkçaydan sel keçib.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

XƏBƏR LENTİ