Ukrayna Çexiya və Slovakiya ilə piyada döyüş maşınlarının alınması və texniki xidmət göstərilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov Tvitter hesabında məlumat verib.
"Detallar barədə daha sonra məlumat veriləcək. Buna baxmayaraq, bu, ölkələrimiz arasında əməkdaşlıqda mühüm addımdır", - Reznikov qeyd edib.