Fransa Afrikanı tamamilə itirir, Türkiyənin isə qara qitədə təsiri artır.
Xeberdar.net-in məlumatına görə, bu sözlər Fransanın DSİ nəşrində dərc edilən məqalədə əks olunub.
Məqalədə vurğulanıb ki, Türkiyənin müdafiə sənayesindəki inkişafı avropalı satıcıları çətin vəziyyətə salıb:
"Bu tendensiyanın qarşısı alınmalıdır. Türkiyə markalarının Asiya və Avropa ilə birlikdə Afrika bazarında yüksəlişi davam edir. Fransa və Avropa ölkələri üçün təhlükə yaradan bu yüksəliş dayandırılmalıdır”.