Rusiyada mer Kadırovun dəstəsinə qoşulur

268 18-06-2023, 13:00 dunya

Rusiyada mer Kadırovun dəstəsinə qoşulurRusiyanın Petrozavodsk şəhərinin meri Vladimir Lyubarski “Əhməd” xüsusi təyinatlılarının dəstəsinə qoşulur.

Xeberdar.net-in məlumatına görə, Lyubarski bununla bağlı “Vkontakte”dəki səhifəsində məlumat verib.

“İşlərimi təhvil verib könüllü qismində “Əhməd” xüsusi təyinatlılarının Qudermesdəki təliminə qatılacağam”, - Lyubarski bildirib.

Lyubarski Rusiya Xüsusi Təyinatlılar İnstitutunda xüsusi hazırlıq da keçdiyini qeyd edib.

XƏBƏR LENTİ