Xerson vilayətində daşqının aktiv fazası səngiyib.
Xeberdar.net-in məlumatına görə, bunu Xersondakı separatçıların rəhbəri Vladimir Saldo deyib.
“Novaya Kaxovka və Oleşkidə su tamamilə çəkilib, Qolaya Pristanda isə cəmi 5 sm su qalıb. Su altında qalan 23 min evin 36 faizi sulardan xilas olub. Son sutkada Kaxovka su anbarında suyun səviyyəsi azalıb”, - Saldo bildirib.