Bakıda dənizdə bir nəfərin meyiti tapılıb

245 19-06-2023, 20:43 cemiyyet

Bakıda dənizdə bir nəfərin meyiti tapılıbBakıda dənizdə bir nəfərin meyiti tapılıb. Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 19-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.​

XƏBƏR LENTİ