Turistləri "Titanik"in batdığı yerə aparan qayıq yoxa çıxdı

277 20-06-2023, 00:08 dunya

Turistləri "Titanik"in batdığı yerə aparan qayıq yoxa çıxdıTuristləri "Titanik" gəmisinin qəzaya uğradığı yerə daşımaq məqsədilə istifadə olunan sualtı qayıq yoxa çıxıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə ABŞ-ın Boston Sahil Mühafizəsindən məlumat verilib.

Dərin dəniz ekspedisiyaları və turist ekskursiyaları üçün kiçik insanlı sualtı qayıqlarla təmin edən “OceanGate Expeditions” şirkətinin itmiş sualtı gəmisində neçə nəfərin olduğu məlum deyil.

Şirkət gəmidəki insanları xilas etmək üçün hər imkanı səfərbər etdiyini bildirib.

Qeyd edək ki, "Titanik" gəmisinin qalıqlarına 8 günlük ekspedisiya üçün biletin qiyməti 250 min dollardır.

XƏBƏR LENTİ