Rusiya müharibənin 482-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Xeberdar.net-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 444 təyyarəsi, 240 helikopteri, 4713 PUA-sı, 426 zenit-raket kompleksi, 10222 tank və digər zirehli texnikası, 1126 reaktiv yaylım atəş sistemi, 5175 artilleriya və minaatanı, 11 066 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.