Bayram namazının vaxtı açıqlandı

248 22-06-2023, 12:09 cemiyyet

Bayram namazının vaxtı açıqlandıİyun ayının 28-də məscidlərdə Bayram namazı qılınacaq.

Xeberdar.net-in məlumatına görə, bu barədə QMİ-nin Qurban bayramı ilə bağlı fitvasında deyilir.

Qeyd edilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir.

"Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq", - fitvada bildirilir.

XƏBƏR LENTİ