Türkiyənin Adana bölgəsində meşədə yanğın başlayıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Yanğının hansı səbəbdən verdiyi barədə məlumat yoxdur.
Əraziyə yaxınsöndürmə briqadaları cəlb olunub. Ekipajlar alova nəzarət etmək üçün havadan və qurudan işlərini davam etdirir.