BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladı

272 23-06-2023, 23:19 dunya

BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladıUkraynada 2022-ci ilin fevralından bəri davam edən münaqişə nəticəsində 9 mindən çox dinc sakin həlak olub.

Xeberdar.net-in məlumatına görə, bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətlə bağlı iclasında deyib.

Onun sözlərinə görə, ölən 9 083 nəfərin 530-u uşaqdır: “Münaqişə nəticəsində 15 779 nəfər yaralanıb, o cümlədən 1086 uşaq. Rəqəmlər çox güman ki, daha çoxdur”.

XƏBƏR LENTİ