Kanada hökuməti Atlantik okeanının sularında “Titan” batiskafının batması ilə bağlı araşdırmalara başlayıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə Kanadanın Nəqliyyat Təhlükəsizliyi İdarəsinin məlumatında deyilir.
"Nəqliyyat Təhlükəsizliyi özəl sualtı "Titan"ın iştirakı ilə baş vermiş ölümcül insidentlə bağlı təhqiqata başlayır", - deyə bildirilir.
Qeyd edək ki, ötən gün ABŞ Sahil Mühafizəsi tapılan qalıqlara əsasən batiskafın məhv olduğunu və ekipaj üzvlərini də hər birinin həlak olduğunu bildirib.