Rusiyada nə baş verir? - Biz qarışa bilmərik...

255 24-06-2023, 12:19 dunya

Rusiyada nə baş verir? - Biz qarışa bilmərik...Rusiyada baş verənlər parlament adından müzakirə edilə bilməz.
Xeberdar.net-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Azərbaycan dövləti bu gün düzgün siyasət aparır və buna uyğun da ortaya mövqe qoyur:

“Bu gün heç bir dövlətin daxili işinə qarışa bilmərik. Hesab edirəm ki, Rusiyada baş verən hadisələrə münasibət bildirməməliyik”.

Deputat bu məsələyə ancaq fərdi şəkildə münasibət bildirməyin tərəfdarı olduğunu bildirib:

“Amma rəsmi şəkildə parlamentin adından müzakirə ola bilməz”.

XƏBƏR LENTİ