Moskvada bəzi universitetlər iyunun 26-dan distant təhsilə keçəcək

253 25-06-2023, 10:14 dunya

Moskvada bəzi universitetlər iyunun 26-dan distant təhsilə keçəcəkİyunun 26-da Moskvadakı universitetlərə bütün tədbirləri təxirə salmaq və distant təhsilə keçmək tövsiyə olunub.

Xeberdar.net-in TASS-a istinadən məlumnatına görə, iyunun 26-da ali məktəbə qəbul üçün sənəd qəbulu əyani aparılmayacaq. Ərizəçilər onlayn müraciət edə biləcəklər.

Bütün testlər, imtahanlar və yekun ixtisas işlərinin müdafiəsi həmin gün onlayn rejimdə keçiriləcək.

İyunun 24-də səhər Moskva antiterror əməliyyatı rejimi elan edib. Şəhərdə kütləvi tədbirlər ləğv edilib. Moskva meri Sergey Sobyanin deyib ki, hakimiyyət və davamlı dövriyyə müəssisələri, hərbi-sənaye kompleksi, şəhər xidmətləri istisna olacaq.

Merin sözlərinə görə, Moskvada şəhər xidmətləri yüksək hazırlıq vəziyyətində çalışır. O, həmçinin moskvalıları şəhər ətrafına səfərlərdən çəkinməyə çağırıb.

XƏBƏR LENTİ