Tehranda Aİİ-nin beynəlxalq sərgisi keçiriləcək

265 25-06-2023, 16:10 dunya

Tehranda Aİİ-nin beynəlxalq sərgisi keçiriləcəkİran Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişinin son mərhələsində olduğu üçün dekabr ayında Tehranda 2-ci Avrasiya Ekspo 2023 İxtisaslaşdırılmış Sərgisi keçiriləcək.

Xeberdar.net-in məlumatına görə, bunu sərginin inzibati meneceri Əlirza Cəfəri deyib.

Onun sözlərinə görə, 4-7 dekabr tarixlərinə planlaşdırılan sərgi Tehranın Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

Sərgidə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və İran iştirak edəcək. Bundan başqa, Çin, İndoneziya, Hindistan, Misir, Serbiya da daxil olmaqla, 40-dan çox ölkənin 10 minə yaxın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.

XƏBƏR LENTİ