Daha bir ölkə Ukraynaya 73 milyon ayırdı

285 26-06-2023, 13:09 dunya

Daha bir ölkə Ukraynaya 73 milyon ayırdıAvstraliya hökuməti Ukraynaya 73,4 milyon dollarlıq yeni maliyyə yardımı paketini elan edib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Avstraliya Baş naziri Antonio Albaneze məlumat verib.

O qeyd edib ki, Avstraliya Ukraynaya hərbi yardım göstərmək üçün beynəlxalq tərəfdaşlarına 73,4 milyon ABŞ dolları göndərəcək.

"Ukrayna Avstraliyanın dəstəyinə güvənə bilər", - baş nazir deyib.

Bildirilib ki, vəsait hərbi nəqliyyat vasitələrinin və sursatların alınmasına sərf ediləcək.

XƏBƏR LENTİ