Əgər Ukrayna NATO-ya qəbul prosesini başlatmaq üçün dəvət almasa, onda Prezident Zelenski Alyansın sammitinə getməyəcək.
Xeberdar.net-in məlumatına görə, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva “Röyters”ə açıqlamasında deyib.
“Biz üzvlüyə dəvət prosedurunun başlanmasını xahiş edirik”, - o bildirib.
Qeyd edək ki, NATO sammiti 11-12 iyulda Vilnüsdə keçiriləcək.