Fransada dəhşətli gecə: 1,3 min maşın, 234 bina yandırıldı

255 1-07-2023, 14:57 dunya

Fransada dəhşətli gecə: 1,3 min maşın, 234 bina yandırıldıFransada 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsinə etiraz edən etirazçılar bu gecə 1,3 min maşın və 234 bina yandırıblar.

Xeberdar.net-in məlumatına görə, bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Ötən gecə 2560 yanğın hadisəsi baş verib: 1350 maşın yandırılıb, 234 bina yanıb və yaxud yanğından zədələnib”, - məlumatda bildirilib.

Etirazçılar 31 polis bölməsinə, 16 bələdiyyə polis bölməsinə və 11 jandarma kazarmasına hücum ediblər.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında polis əməkdaşları Nanterdə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər. Bunun ardınca Fransanın bir sıra şəhərində iğtişaşlar başlayıb.

XƏBƏR LENTİ