Fransada 250 bank şöbəsi, 200 mağaza talan edildi

285 1-07-2023, 22:32 dunya

Fransada 250 bank şöbəsi, 200 mağaza talan edildiFransada dörd gün davam edən iğtişaşlar zamanı 250-yə yaxın tütün mağazası, 250 bank şöbəsi və 200 ərzaq mağazası talan edilib.

Xeberdar.net-in məlumatına görə, bunu Fransanın iqtisadiyyat naziri Bruno Le Maire deyib.

O bildirib ki, zorakılıqdan əziyyət çəkən satıcılara sığorta şirkətləri ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxt veriləcək və yay satışları bir həftə uzadılacaq.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında polis əməkdaşları Nanterdə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər. Bunun ardınca Fransanın bir sıra şəhərində iğtişaşlar başlayıb.

XƏBƏR LENTİ