Bakıda avtomobil piyadanı vuraraq öldürüb

291 3-07-2023, 10:05 hadise

Bakıda avtomobil piyadanı vuraraq öldürübHadisə Ziya Bünyadov prospektində baş verib

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ölüb. Xeberdar.net-in APA-ya istinadən məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Məmmədov Rəşad İbrahim oğlu prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçən zaman onu “Volkswagen” markalı nəqliyyat vasitəsi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ