Moskvaya PUA hücumu olub

264 4-07-2023, 12:06 dunya

Moskvaya PUA hücumu olubUkrayna Silahlı Qüvvələri iyulun 4-də səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva rayonuna bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Xeberdar.net-in TASS-a istinadən məlumatına görə, bunu Moskvanın meri Sergey Sobyanin bildirib.

O deyib ki, itki və dağıntı qeydə alınmayıb.

Hücum Vnukovo hava limanı yaxınlığında yerləşən hərbi hissəyə və avia bazaya edilib.

Hücumla əlaqədar hava limanının fəaliyyətində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Aeroport hazırda adi iş rejimində işləyir.

Xatırladaq ki, yerli vaxtla saat 05.10-dan Moskvanın Vnukovo hava limanına məhdudlaşdırıcı tədbir həyata keçirilib. “Azur Air”, “UTair”, “Flydubai” şirkətlərinin təyyarələri Domodedovo hava limanına enib. Ümumilikdə, Vnukovo hava limanından 14 reys Moskvanın başqa aeroportlarına yönəldilib.

XƏBƏR LENTİ