ABŞ-da atışma zamanı azı 4 nəfər öldürülüb

254 4-07-2023, 12:09 dunya

ABŞ-da atışma zamanı azı 4 nəfər öldürülübABŞ-ın Pensilvaniya ştatında, Filadelfiya şəhərinin cənub-qərbində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.

Xeberdar.net-in məlumatına görə, bu barədə polisə istinadən “ABC News” telekanalının yerli bölməsi məlumat yayıb.

Qeyd olunur ki, hadisə zamanı yetkinik yaşına çatmayanlar da daxil olmaqla ümumilikdə 8 nəfər güllə yarası alıb.

Polis cinayətdə şübhəli bilinən şəxsi saxlayıb.

Hadisənin səbəbləri və zərərçəkənlərin vəziyyəti barədə məlumat yoxdur.

XƏBƏR LENTİ